22 Noyabr 2017 15:01
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın Lahey (Haaqa) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması prosesi zamanı Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib.

APA-nın xəbərinə görə, R.Mladiç 2-si soyqırımla əlaqəli olmaqla, ümumilikdə 11 maddə üzrə günahkar sayılıb. Paytaxt Sarayevo şəhərinin bombalanması və Srebrenitsa soyqırımında onun günahı sübut olunub. R.Mladiç proses zamanı qışqıraraq nəsə deməyə çalışıb. Hakim əvvəlcə ona xəbərdarlıq edib, sonra isə zaldan çıxarıb.


Müəllif: Teleqraf.com