22 Noyabr 2017 17:59
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı Telman İsmayılov Fransadan siyasi sığınacaq istəyib.

Teleqraf.copm xəbər verir ki, bununla bağlı “Mash” telekanalı məlumat yayıb.

Biznesmen Provansda məskən salmaq niyyətindədir.

Məlumatlara görə, fransız xüsusi xidmət orqanlarının əməkdaşları ilə danışıqlar zamanı İsmayılov özünün Rusiyanın hazırki güc strukturları ilə kompromatının olduğunu bildirib.

O, sığınacağı alacağı təqdirdə əlindəki bütün informasiyaları Fransaya təqdim etməyə hazır olduğunu deyib.

Qeyd edək ki, iki qətldə təqsirli bilinən İsmayılov Rusiya tərəfindən beynəlxalq axtarışa verilib.


Müəllif: Samir