23 Noyabr 2017 11:34
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu əl-Kraya şəhərini İŞİD terrorçularından azad edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüşlərdə Suriya ordusuna general Həsən Suxela şəxsən rəhbərlik edib. Hücum zamanı çox sayda terrorçu öldürülüb.

Suriya ordusunun yaxın vaxtlarda Fərat çayının qərb sahillərini tam azad edəcəyi bildirilib.


Müəllif: Samir