23 Noyabr 2017 16:15
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunda əsgərlər arasında dava düşüb.

Teleqraf.com xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəmnində bir gündə 2 cinayət hadisəsi qeydə alınıb. Nəticədə xəsarət alanlar var.

Döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.

Başqa bir hadisə zamanı Qarabağdan olan əsgərlər tərəfindən hərbi qulluqçu Rafik Xaçaturyan döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ermənistan ordusu tərəfindən işğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən düşmən bölmələrindən birində də dava baş verib. Davaya səbəb olan hərbi qulluqçu Rafik Avetisyan həbs edilərək Yerevana göndərilib. Hadisə hərbi polis tərəfindən araşdırılır.

Hadsə nəticəsində xəsarət alanların olduğu bildirilir.


Müəllif: Teleqraf.com