23 Noyabr 2017 17:55
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada Xristian Demokrat Birlik Partiyası Gənclər İttifaqının Düsseldorf bölgə təşkilatı Almaniya kansleri Angela Merkeli istefa verməyə çağırıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatla bölgə sədri Ulrix Şensel çıxış edib.

O, Merkelin dərhal istefa verməsi çağırışı ilə qərar qəbul etdiklərini bildirib.

Xristian Birlik Partiyasının 24 sentyabrda keçirilmiş parlament seçkilərində 1949-cu ildən bu yana ən pis nəticə göstərdiyini xatırladan Şensel buna görə Angela Merkelin məsuliyyət daşıdığını qeyd edib.


Müəllif: Samir