23 Noyabr 2017 21:13
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq ittifaqın Norveçdə keçirdiyi hərbi təlimlərində yaşanan qalmaqalla bağlı növbəti bəyanat verib.

Teleqraf.com xәbәr verir ki, hərbi alyansın rəhbəri belə hadisənin bir daha baş verməyəcəyinə dair zəmanət verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan baş vermiş hadisəyə görə üzr istədiyini xatırladan Stoltenberq Türkiyənin etibarlı bir NATO ölkəsi olduğunu vurğulayıb. Baş katib hadisə ilə əlaqədar araşdırmanın genişlədildiyini söyləyib.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və prezident Rəcəb Tayyib Ərdoğanın fotoları düşmən hədəfi kimi göstərilmişdi. NATO-nun baş katibi hadisəyə görə üzr istəmiş, lakin Türkiyə prezidenti üzrxahlığı qəbul etməkdən imtina etmişdi.

Hadisədən sonra Türkiyə təlimlərdəki 40 hərbçisini geri çəkib.


Müəllif: Teleqraf.com