24 Noyabr 2017 00:36
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Daxili İşlər Nazirliyinə aid hərbi birləşmələrdə yemək duasına dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, təlimata əsasən bundan sonra "Tanrımıza həmd olsun, millətimiz var olsun!" ifadəsi "Allahımıza həmd olsun, millətimiz var olsun!" ifadəsilə əvəzlənib.

Qeyd edək ki, 2016-cı ildə Mersin sakini sakini parlamentə müraciət edərək hərbi hissələrdə istifadə olunan yemək duasındakı "tanrı" sözünün "allah" sözü ilə əvəzlənməsini istəyib. Parlamentin müvafiq komissiyası məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib.

Nazirlik orduda süfrə duasının illərdir davam edən ənənə olduğunu əsas gətirərək heç bir dəyişikliyə imza atmayıb.

Xatırladaq ki, Azərbaycanın da bəzi hərbi birləşmələrində süfrə duası "Tanrımıza həmd olsun, millətimiz var olsun!" şəkilində yerinə yetirilir.


Müəllif: Teleqraf.com