24 Noyabr 2017 01:42
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Cinayət Məhkəməsi Fəthullahçı Terror Təşkilatının (FETÖ) 45 üzvünün 22 ölkədən ekstradisiyası haqqında sorğunun hazırlanması ilə bağlı Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edib.

Sorğuların 15-i (həmçinin FETÖ lideri Fəthullah Gülən barəsində) ABŞ hakimiyyətinə göndəriləcək.

Ölkələrin siyahısında, həmçinin Böyük Britaniya, Almaniya, Belçika, Norveç, Niderland, Malta, Albaniya, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İsrail, Kamboca, Tailand, BƏƏ, Madaqaskar, Mozambik, CAR, Misir və Burkina-Faso var.

Qeyd edək ki, qiyamçılar qrupu 16 iyul 2016-cı il gecəsi Türkiyədə hərbi çevrilişə cəhd edib. Türkiyə hakimiyyəti çevriliş cəhdində FETÖ-nü ittiham edir./Publika.az/


Müəllif: Teleqraf.com