24 Noyabr 2017 12:53
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun təlimləri zamanı Türkiyə ilə bağlı baş verən qalmaqal bir daha təkrar olunmayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Norveçdəki virtual təlimdə yaşanan qalmaqaldan sonra alyansın Türkiyə Cümhuryyətinin yaradıcısı Mustafa Kamal Atatürk və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf götürən provokativ aksiyanın təkrarlanmayacağı barədə rəsmi Ankaraya zəmanət verdiyini bildirib.

Stoltenberq təşkil etdiyi mətbuat konfransında zəng edərək, Türkiyə rəhbərliyindən üzr istədiklərini deyib.

Qeyd edək ki, NATO-nun 8-17 noyabr tarixlərində Norveçdə keçirdiyi təlimdə Atatürk düşmən liderlər arasında, Ərdoğan isə “düşmənlə əməkdaşlıq edən lider” kimi göstərilmişdi.


Müəllif: Samir