24 Noyabr 2017 13:11
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn bu bu ölkənin əsgərlərindən birinin Cənubi Koreyaya qaçmasından qəzəblənib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, əsgərin qaçmasına imkan verən sərhədçiləri başqa hərbçilərlə əvəzləyib.

Həmin sərhədçilərin taleyi ilə bağlı heç bir məlumat yoxdur. İlkin ehtimallara görə, ən yüngül halda onlar həbsxanaya göndəriliblər.

Qeyd edək ki, Şimali Koreyadan olan əsgər bir neçə gün öncə zirehli avtomobillə sərhədi yararaq, Cənubi Koreyaya keçib.


Müəllif: Samir