24 Noyabr 2017 14:59
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyadan olan balıqçı gəmisi Yaponiya sahillərinə yan alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ilkin iddialarda onların ölkə lideri Kim Çen İnin zülmündən qaçdığı bildirilib.

Məlumatı Yaponiya sahil-mühafizə xidməti təsdiqləyib. Xidmət qayığın əlverişsiz hava şəraitinə görə Yaponiya sularına daxil olduğunu açıqlayıb. Olay zamanı gəmidə 8 balıqçı olub.

Hazırda onların ölkəsinə qayıtması üçün tədbirlər görülür.


Müəllif: Samir