24 Noyabr 2017 15:54
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı iş adamı Telman İsmayılovun 1,4 milyard dollar xərclədiyi Mardan Palas oteli təmirdən sonra yenidən istifadəyə verilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İsmayılov otelin təmirinə 10 milyon dollar xərcləyib.

Açılış günü oteldə hindistanlı iş adamının toyu olacaq.

Bununla bağlı otel nümayəndəsi Səlcuk Şəntəpə məlumat verib. O bildirib ki, otel 500 otağı və 200 əməkdaşı ilə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, otel Telman İsmayılovun 51 milyon lirə (22,6 milyon manat) borcu olması səbəbindən hərraca çıxarılmışdı.


Müəllif: Samir