24 Noyabr 2017 19:20
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:40

Misirin Ariş şəhərində yerləşən Ravdah məscidinə hücum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə insanların cümə namazından çıxdığı zaman baş verib.

Naməlum şəxslər silahlardan ətrafa atəş açıblar. Hadisə zamanı azı 50 nəfər həlak olub, yüzdən çox insan yaralanıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

19:20

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 235, yaralananların sayı isə 130 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Misir dövlət televiziyası məlumat yayıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.

Xəbərdə həmin məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb.


Müəllif: Samir