24 Noyabr 2017 22:17
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada separatçıların yaratdığı qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İqor Plotnitski istefa verib.

Onun səhhəti ilə əlaqədar istefa verdiyi bildirilir.

Bundan əvvəl İqor Plotnitskinin təyyarə ilə Moskvaya gəldiyi məlum olub.

Qondarma respublikanın təhlükəsizlik naziri Leonid Paseçnik yeni seçkilərədək “LXR”-ə rəhbərlik edəcəyini bəyan edib. Onun sözlərinə görə, İqor Plotnitski “LXR”-in Minsk razılaşmaları üzrə müvəkkili təyin edilib.


Müəllif: Teleqraf.com