24 Noyabr 2017 23:10
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pejo Sitroen Rus" şirkəti Rusiyada 6 mindən çox "Peugeot" və "Citroen" avtomobilini geri çağırıb.

Teleqraf.com-un məlumatına görə, bu qərar avtomobillərdə baqaj qapısının amortizasiyasında və şüşətəmizləyicinin elektromühərrikinin ventilyasiyasında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin martından 2016-cı ilin aprelinədək Rusiyada satılmış "Citroen C4 Aircross" və "Peugeot 4008" modellərinə şamil olunur.

Qeyd olunur ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.


Müəllif: Teleqraf.com