25 Noyabr 2017 08:05
2 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yutub” videoservisinin komandası uşaqlarla bağlı məzmunun dərci üzrə qaydaları sərtləşdirib. Yeni qaydalar sevimli ailə kimi qələmə verilən, əslində isə bundan uzaq olan videolarla mübarizə aparmağı nəzərdə tutur.

Teleqraf.com İCTnyus-a istinadәn xәbәr verir ki, uşaqlar, ailə üzvləri üzərində real və ya gülməli təhqirlərdən ibarət çarxlar nəzərdə tutulur. Məsələn, bir sıra videolarda uşaqları bağlayır, "oğurlayır", paltaryuyan maşına salır, onları iyrənc şeyləri yeməyə məcbur edirlər.

“Yutun”un rəsmi məlumatında deyilir ki, son aylar ərzində administrasiya guya "bütün ailə üçün" nəzərdə tutulmuş, amma əslində yalnız böyüklər üçün münasib olan məzmunun dərci tendensiyasını qeydə alıb və belə çarxların silinməsi üzərində işləyir.


Müəllif: Teleqraf.com