14 Aprel 2014 12:33

Çilinin liman şəhəri Valparaisoda baş vermiş yanğın ən azı 12 nəfərin ölümünə və on mindən çox insanın təxliyəsinə səbəb olub.

Şənbə günündən bəri yüzlərlə evin dağılmasına ilə nəticələnın yanğını söndürmək üçün 1200-ə yaxın yanğınsöndürən qüvvələr cəlb olunub.

Prezident Michelle Bachelet qərbi Santiyagoda yerləşən şəhərin köçülürməsi üçün orduya tapşırıq verib.
Bir rəsmi bildirib ki, bu, indiyə qədər görülmüş “ən pis fəlakət”dir.

"Qorxuruq ki, yanğın şəhərin mərkəzinə də yayıla bilər, bu zaman fövqəladə hadisənin ağırlığı artacaq", qubernator Ricardo Bravo bildirib.

Yanğına davamlı olmayan şəhərin qədim hissəsi UNESCO-nun Dünya İrsinə daxil edilib.

Sürətli Sakit okean küləkləri alovu daha çox gücləndirməsi fonunda, şəhərin uçqun qayaların üzərində yerləşməsi də yanğınsöndürənlərin işinə mane olur, BBC müxbiri Gideon Long bildirir.

Valparaisonun bəzi yerlərində elektrik verilişi dayandırılıb və əhali qaz zəhərlənməsindən əziyyət çəkir.

Şənbə gecəsi başlayan yanğın gecə boyu sürətlənib.

Sakinlər bildirib ki, artıq evlərinə qayıda bilmirlər, çünki "evləri tamamilə kül olub".

Yay fəslində yüksək temperatur mərkəzi Çilidə tez-tez belə yanğınlara səbəb olur.


Müəllif: Teleqraf.com