30 Noyabr 09:54
1 165

Bəzi dünya ölkələri PKK terror təşkilatına xüsusi dəstək nümayiş etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terrorçular dəstəkləndiyi ölkələrdə xüsusi düşərgələrə yığılır, təlimlər keçir, İraq və Suriyaya göndərilir.

Bu ölkələr arasında ABŞ, İngiltərə və Almaniyanın adları hallanır.

Məlumatlara görə, hazırda Suriyada 7 mindən çox əcnəbi terrorçu var. Onlar 3 taborda birləşir. Bir çoxu İraq və Əfqanıstanda döyüşmüş terrorçulardır.

Türkiyənin “Yeni Şafak” qəzetində yer alan xəbərdə ABŞ-ın Suriyaya 2 min terrorçu göndərdiyi deyilir. Onlar “Dwekh Nawsha” (Fəda Hərəkatı) və “Bunch Of Damn Reds” (Lənətli Qırmızı Şeytanlar) təşkilatları vasitəsilə bu ölkəyə gəliblər.

Qeyd edilib ki, terrorçular ABŞ-ın Texas ştatındakı düşərgədə təlimlər keçir. Nəşr həmin düşərgədən çəkilmiş bəzi görüntüləri də yayımlayıb.


Müəllif: Samir