6 Dekabr 15:06
664

ABŞ qırıcılarının Koreya yarımadası üzərində hava uçuşları davam edir.

Teleqraf.com bildirir ki, Yonhap xəbər agentliyi ABŞ Hava Qüvvələrinə aid B-1B tipli bombardumançı təyyarənin Koreya səmasında gözə dəydiyi barədə xəbər yayıb.

Qeyd edək ki, ABŞ və Cənubi Koreyanın bazar günündən başladığı müştərək hərəkətlənməyə 230-dan çox hərbi təyyarə qatılıb. Hərbi manevrlərdə B1-B tipli uzun mənzilli bombardumançı təyyarələrlə yanaşı F-22 lər də iştirak edir.

Şimali Koreya rəhbərliyi isə bu hərbi manevrləri nümayişkarənə təxribat kimi qiymətləndirib və bunu nüvə savaşına səbəb ola bilcəyinə dair xəbərdarlıq edib.


Müəllif: Cavad