6 Dekabr 17:51
192

Polşa hərbi polisi ölkənin Əks-kəşfiyyat İdarəsinin sabiq rəhbəri Petr Pıtelyanı həbs edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) casusluqda ittiham olunur.

Bununla bağlı Varşava prokurorluğunun nümayəndəsi Lukaş Lapçinski məlumat verib.

Onun sözlərinə görə, Pıtelya ilə bağlı cinayət işi başlanıb.


Müəllif: Samir