6 Dekabr 23:12
118

“İŞİD üzərində qələbənin əldə olunmasına baxmayaraq, ABŞ hərbçiləri Suriyada qalmaqda davam edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Erik Pexon deyib.

“Qələbə başa çatsa da, terrorçu qruplaşmaların yenidən fəallaşmaq ehtimalı var. İŞİD-in digər ölkələrdəki fəaliyyətinə qarşı da koalisiya mübarizəni davam etdirməlidir”, Erik Pexon bildirib.

Hazırda ABŞ-ın Suriyada 1700 hərbçisi var.


Müəllif: Teleqraf.com