7 Dekabr 10:51
177

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvilinin yaxın adamı Severion Canqadze saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Kiyev məhkəməsinin qərarı ilə o, 60 sutkalıq həbs cəzasına məhkum edilib.

Bununla bağlı Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Saqran məlumat verib.

O bildirib ki, saxlanılan şəxs girov qarşılığında azad edilmək hüququndan da məhrum edilib.

Canqadze qanunsuz silah saxlamaqda ittiham olunur.


Müəllif: Samir