7 Dekabr 22:22
124

Hakerlər kriptovalyutaların saxlanıldığı "mining-pool" bazasından 60 mln. dollara yaxın vəsaiti oğurlayaraq öz hesablarına yönləndiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə "NiceHash" şirkəti məlumat yayıb.

"NiceHash" şirkətinin yaratdığı bazadan 61 mln. dollar təşkil edən 4 736 bitkoin yoxa çıxıb.

Araşdırmalar zamanı bəlli olub ki, "NiceHash"ın səhimlərinin 55 faizi "H-Bit" şirkətinə məxsusdur. Sonuncunun sahibi Martin Şkorjans ABŞ Federal Tədqiqat Bürosu (FBI) tərəfindən 2013-cü ildə kiber cinayət maddəsi ilə həbs edilib.


Müəllif: Teleqraf.com