9 Dekabr 2017 02:31
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın hüquq-mühafizə orqanları Odessa vilayətinin sabiq qubernatoru, "Yeni qüvvələr hərəkatı"nın rəhbəri Mixeil Saakaşvilini saxlayıblar.

"Report"un məlumatına görə, bu barədə "UNİAN" Saakaşvilinin tərəfdarı David Sakvarelidzeyə istinadən xəbər verib.

Belə ki, David Sakvarelidze özünün "facebook" səhifəsində "Saakaşvilini saxladılar. O, Askoldovaya, Ukraynanın Təhlükəsizlik Xidmətinə aparılır", - deyə yazaraq bildirib.

Ukraynanın baş prokuroru Yuri Luçenko da Saakaşvilinin saxlanılması xəbərini təsdiqləyib.
Qeyd edək ki, Saakaşvilinin təşkilatçılığı ilə Ukraynada hökumət əleyhinə etiraz aksiyaları keçirilir.


Müəllif: