9 Dekabr 2017 12:34
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzzanın müsəlmanlar yaşayan hissəsinə aviazərbələr endirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra məlumat verib.

Hücum zamanı 1-i uşaq olmaqla 25 nəfər yaralanıb. Yaralılar Qəzzanın şimalındakı İndoneziya xəstəxanasına aparılıb.

İsrail ordusundan verilən açıqlamada qırıcının HƏMAS-ın təlim mərkəzini bombaladığı bildirilib.


Müəllif: Samir