9 Dekabr 2017 16:35
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili hakim qarşısına çıxarılacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Saqran məlumat verib.

Onun sözlərinə görə, Saakaşvilinin məhkəməsi bazar ertəsi baş tutacaq: “İstintaq Komitəsi hakimdən onun 2 ay müddətinə həbs olunmasını və ev dustaqlığına buraxılmasını istəyəcək”.

Saakaşvili tərəfdarları isə bu gün yürüş keçirmək niyyətindədir. Yürüş zamanı Ukrayna Prezidenti Petro Poroşenkonun impiçmenti tələb ediləcək. Bununla bağlı Saakaşvilinin lideri olduğu “Yeni güclərin hərəkatı” partiyasının üzvü Yuri Derevyanko məlumat verib.

Saakaşvilinin vəkili Ruslan Çernolutski sabiq qubernatorun fikirlərini tərəfdarlarına çatdırıb:
“Saakaşvili tərəfdarlarını ona qarşı səsləndirilən iddialara inanmamağa çağırıb”.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu Mixail Saakaşviliyə qarşı dövlət çevrilişinə cəhd, cinayətkar qruplaşmalara kömək və onların cinayətlərinin gizlədilməsi kimi rəsmi ittiham irəli sürüb.

Saakaşvili dünən Kiyevdə saxlanılıb.


Müəllif: Samir