9 Dekabr 2017 17:14
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa, Boliviya, Misir, İtaliya, Seneqal, İsveç, İngiltərə və Uruqvayın çağırışı ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iclas ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanıması ilə bağlı olub.

BMT-nin Yaxın Şərqdə sülhün bərpası üzrə xüsusi nümayəndəsi Nikolay Mladenov Trampın qərarını sərt tənqid edib. O bildirib ki, bu qərar Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley isə gülünc çıxışı ilə yadda qalıb. Onun sözlərinə görə, Trampın Qüds qərarı bölgədə sülhün bərqərar olmasına yönəlib.

İclasın sonunda Fransa, Almaniya, İtaliya və İngitlərə birgə bəyanat yayıb. Onlar ABŞ-ın səfirliklərini Tel-Əvivdən Qüdsə daşıması qərarını dəstəkləmədiyini və bunun Fələstin-İsrail sülh danışıqlarına zərrə gətirəcəyini qeyd ediblər.


Müəllif: Samir