10 Dekabr 2017 12:48
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraillə diplomatik əlaqələri olmayan Bəhreyndən bir nümayəndə heyətinin Təl-Əvivə səfər etdiyi iddiası ərəb dünyasını şoka salıb.

Teleqraf.com xəbər verir ki, bu səfərlə bağlı məlumatı İsrailin “Kanal 12” Televiziyası yayıb.

Qeyd edilir ki, Bəhreyn kralı Hamad bin İsa əl-Xəlifənin təlimatı ilə İsrailə gələn nümayəndə heyəti burada danışıqlar aparıb.

İsrail mediasının iddiasına görə, aralarında din xadimlərinin də olduğu Bəhreyn nümayəndə heyəti İsrail rəsmiləri ilə görüşüb. Bundan başqa, Bəhreyndən gələn heyət İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri ilə birlikdə Qüdsü ziyarət edib.

İddiaya görə nümayəndə heyəti Bəhreyn kralının İsrailə sülh və qardaşlıq mesajını çatdırmaq üçün Təl-Əvivə gəlib.

Qeyd edilib ki, Bəhreyn nümayəndə heyəti öz ölkələrində yəhudi sinaqoqunun təmir ediləcəyini, İsrail vətəndaşlarının Bəhreynə girişi üçün heç bir maneə olmadığını qeyd ediblər.


Müəllif: Cavad