10 Dekabr 2017 13:49
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən Birləşmiş Ştatlar səfirliyi önündə ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə bağlı etiraz aksiyası keçirilir.

Teleqraf.com xəbər verir ki, aksiyaya 6 minə yaxın nümayişçi qatılıb və ABŞ Prezidentinin Qüdslə bağlı qərarına sərt etiraz edilib.

Fələstin və İndoneziya bayraqları və Qüdsü dəstəkləyən plakatlar daşıyan nümayişçilər Fələstinin azad olunmasına çağıran şüarlar səsləndiriblər.

Aksiya yerli "Ədalət və çiçəklənmə" Partiyası tərəfindən təşkil olunub. (Trend)


Müəllif: Teleqraf.com