11 Dekabr 2017 16:13
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İngiltərədə Premyer Liqası çərçivəsində keçirilən “Mançester Yunayted” və “Mançester Siti” arasındakı oyundan sonra xoşagəlməz hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, oyundan sonra paltardəyişmə otağına yollanan “Mançester Siti”nin baş məşqçisi Joze Mourinyo döyülüb.

Onun “Mançester Yunayted”in qapıçısı Enderson tərəfindən döyüldüyü və başına butulka vurulduğu bildirilib.

Mourinyonun rəqibin baş məşqçisi Xose Qvardiolanı təhqir etdiyi üçün döyüldüyü deyilir.

Qeyd edək ki, oyun “Mançester Siti”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Samir