11 Dekabr 2017 20:09
4 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinin Suriyada Hmeymim bazasına səfərinə qoşulan Bəşər Əsəd rus zabitindən xəbərdarlıq alıb.

Teleqraf.com xəbər verir ki, Putin Misir və Türkiyə səfərləriöncəsi Suriyadakı Hmeymim hərbi bazasına baş çəkib. Onu burada suriyalı həmkarı B.Əsəd müşayiət edib.

Putin hərbi bazada rus hərbçilərlə görüşüb və onlara Suriyanı tərk edərək evlərinə dönmək barədə əmr verib.

Putinin səfəri zamanı Əsədin düşdüyü durum diqqət çəkib. Suriya lideri Putinə çataraq onunla birlikdə addımlamaq istəsə də rus zabit onun qolundan tutaraq geri çəkib.

Əsədə yerini göstərən zabit bu hərəkətilə Kremlin Suriya siyasətinin mahiyyətini açmış olub.


Müəllif: