12 Dekabr 2017 00:36
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Misir arasında atom elektrik stansiyasının tikintisinə dair saziş imzalanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, razılaşma Vladimir Putinin Misirin paytaxtı Qahirəyə səfəri çərçivəsində əldə olunub. İki ölkə arasındakı saziş əsasında Misirdə atom elektrik stansiyasının tikilməsi və Rusiyanın nüvə yanacağı təchizatında dəstək olması nəzərdə tutulub. Müqaviləni Rusiya Dövlət Nüvə Enerji Təşkilatının (Rosatom) sədri Aleksey Lihaçev və Misir elektrik və bərpa olunan enerji mənbələri naziri Məhəmməd Şakir imzalayıb. İmzalanma mərasiminə Rusiya və Misir prezidentləri də qatılıb.

Aleksey Lihaçev atom elektrik stansiyasının tikintisinə xərclənəcək məbləğin 85 faizinin – 25 milyard dolların Rusiya tərəfindən Misirə kredit şəklində veriləcəyini bildirib. O, layihənin 2028-2029-cu ilədək tamamlanacağını açıqlayıb.


Müəllif: Kəmalə