12 Dekabr 2017 11:22
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Suriyanı tərk etməyə başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, qoşunların tam çıxarılması müddəti vəziyyətə görə dəyişə bilər.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Suriyada Xmeymim aviabazasına gəlib. O, burada suriyalı həmkarı Bəşər Əsədlə görüşdən sonra rus ordusuna geri çəkilmək əmri verib.


Müəllif: Samir