13 Dekabr 2017 11:01
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun iki əməkdaşı ölkə prezidenti Donald Trampı təhqir edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hər iki şəxs Trampın Rusiya ilə əlaqələri araşdıran xüsusi prokuror Robert Müllerin komandasında işləyir.

Onlar şəxsi yazışmalarında Trampı “axmaq” adlandırıblar.

Yazışmaların surətini ölkənin Ədliyyə Nazirliyi ABŞ Konqresinə təqdim edib.

Məsələ ilə bağlı məlumatlandırılan Müller hər iki əməkdaşı vəzifəsindən uzaqlaşdırıb.


Müəllif: Samir