13 Dekabr 2017 11:55
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Baş prokuroru Yuri Lutsenko istefa verəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı fikrini o, Prezident Petro Poroşenko ilə görüşündə bildirib.

Məlumata görə, Poroşenko Lutsenkodan ilin sonuna qədər öz vəzifəsində qalmağı istəyib. Baş prokuror xahişi qəbul edib.

Qeyd edilib ki, Lutsenkonun istefa verməsi üçün 2 səbəb var. Birincisi o, Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ilə bağlı ölkədə baş verən hadisələrdir. İkincisi isə, ABŞ-ın onu Ukrayna Anti-korrupsiya İdarəsini nüfuzdan salmaqda ittiham etməsidir.


Müəllif: Samir