14 Dekabr 2017 08:28
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış teleulduz Omarosa Maniqo-Nyuman ABŞ Prezidenti Donald Trampın köməkçisi postunu tərk edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ağ Evin mətbuat katibi Sara Sanders keçmiş teleulduzun özünü başqa sahədə sınamaq üçün bu addımı atdığını deyib.

Ağ Evdə İctimaiyyətlə Əlaqələr şöbəsində kommunikasiyalar üzrə direktor vəzifəsində çalışan Nyumanın 2018-ci ilin yanvarın 20-də rəsmi şəkildə öz postundan ayrılacağı bildirilir.


Müəllif: Kəmalə