14 Dekabr 2017 01:32
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cenevrə müzakirələri zamanı Rusiya NATO-nun Cənubi Qafqazda fəallığının artırılmasına diqqət çəkib. Bu isə Rusiya tərəfindən sakit qarşılana bilməz.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

"Yeni müqavilələr, o cümlədən rəsmi Tbilisiyə 75 milyon dollarlıq müasir tank əleyhinə sistemlərin veriməsi barədə məlumat peyda olub. Bundan əlavə, amerikalılar gürcü sülhməramlılarından daimi ordu hissələrinin hazırlanması istiqamətində işlər aparır", - deyə o bildirib.

XİN rəsmisi əlavə edib ki, bu, Cənubi Osetiya, Abxaziyanı narahat edir və əlbəttə Rusiya tərəfindən də sakit qarşılana bilməz.

Q. Karasin qeyd edib ki, münaqişə tərəfləri gücün istifadə olunmaması barədə bəyannaməni razılaşdıra bilməyib. Cənubi Qafqaza dair Cenevrə danışıqlarının növbəti raundu 2018-cu ilin mart ayının sonlarına planlaşdırılır.

Cenevrə danışıqları 2008-ci ildə başlayıb. Danışıqlarda Abxaziya, Cənubi Osetiya, Rusiya, ABŞ, Gürcüstan nümayəndələri, o cümlədən Aİ, BMT və ATƏT təmsilçiləri iştirak edir.


Müəllif: Teleqraf.com