14 Dekabr 2017 15:47
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Roskosmos” şirkəti suborbital turizmi inkişaf etdirmək niyyətindədir.

Şirkət 2019-cu ildən sonra orbitə turistlərin uçuşlarını təşkil etməyi planlaşdırır.

Hazırda kosmik uçuşların qiyməti 35 milyon dollara yaxındır. Turist uçuşlarının başlayacağı müddətədək qiymətlərin dəyişə biləcəyi istisna olunmur.

Bir müddət əvvəl Rusiyanın “Kosmokurs” şirkəti suborbital turizm uçuş aparatlarının istehsal olunduğunu bildirmişdi. İlk sınaqların 2018-ci ildə keçiriləcəyi gözlənilir. Bir uçuş aparatının dəyəri 250 min dollara yaxındır./Trend/


Müəllif: Teleqraf.com