15 Dekabr 2017 19:58
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkada 1 yanvar 2018-ci ildən həkimlər tibbi məqsədlərlə xəstələr üçün marixuna və həşiş maddələrini reseptə yazmaq imkanı əldə edəcəklər.

Teleqraf.com-un məlumatına görə, Danimarka Səhiyyə Nazirliyi tibbi marixuananın leqallaşması üzrə eksperimental proqramı təsdiqləyib.

Proqram 4 il müddətinə nəzərdə tutulub. Bildirilir ki, müddət başa çatdıqdan sonra bu proqramın uzadılması barədə qərar qəbul edilə bilər.

Müəllif: Teleqraf.com