15 Dekabr 2017 23:58
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada 36 yaşlı qadın metroda platformaya yaxınlaşan 25 yaşlı qadını qatar relsinin üstünə itələyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bir anda baş verən hadisənin görüntüləri metronun təhlükəsizlik kameralarına düşüb. Relsin üstünə yıxılan Alina Ciucu adlı qadın platformaya qalxmağa cəhd göstərsə də, Maqdalena Serba ona mane olub.

Nəticədə Ciucu qatarla platforma arasında qalaraq ölüb. Hadisə ötən gün ölkənin əsas müzakirə mövzusuna çevrilib. Polis qadını hadisədən bir neçə saat sonra yaxalayıb. Hər iki qadının Rumıniyanın qərbindəki Dolj şəhərində yaşadığı məlum olub. Soyuqqanlı şəkildə cinayət törədən Maqdalena Serbanın psixoloji testlərdən keçiriləcəyi bildirilir. O, sosial şəbəkədə ailə üzvləri də daxil olmaqla bəzi şəxslər tərəfindən cinsi istismara məruz qaldığını bildirən paylaşımlar edib.

Rumıniya Daxili işlər naziri Karmen Dan qadını yaxalayan polislərə təşəkkür edib. İctimaiyyət isə zərərçəkmiş qadını müdafiə etmək üçün heç bir səy göstərməyən və cinayət törədən qadının qaçmasına mane olmayan şahidləri qınayıb.


Müəllif: Teleqraf.com