16 Dekabr 2017 14:57
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əfqan xalqından olan daha iki muzdlusu – Əli Nəqəvi və Hüseyn Yavəri Suriyada gedən döyüşlərdə həlak olub.

Teleqraf.com xəbər verir ki, Bəşər Əsəd rejiminə dəstək məqsədilə Suriyaya göndərilən SEPAH-ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları bir neçə gün əvvəl bu ölkənin müxtəlif bölgələrində müxalif qüvvələrə qarşı keçirilən hərbi əməliyyatlarda öldürülüb.

Cənazələri İrana gətirilən hər iki SEPAH-çı Əlbürz əyalətinin Məhəmmədşəhr şəhərində torpağa tapşırılıb.

“Fatimiyyun” briqadasının üzlərinin əksəriyyətini İranda qaçqın həyatı yaşayan Əfqanıstan və Pakistan vətəndaşları təşkil edir.


Müəllif: Səxavət Həmid