16 Dekabr 2017 19:12
1 871
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dan olan professor, müdafiə və milli təhlükəsizlik məsələləri üzrə mütəxəssis Robert Farli 2018-ci ildə Üçüncü dünya müharibəsinin başalaya biləcəyi 5 regionun adını çəkib.

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, ekspert birinci yerdə Şimali Koreyanın adını çəkib. Onun fikrincə, hazırda ən ciddi siyasi böhran bu bölgədə müşahidə olunur. Amerikalı ekspert Tayvanda da geniş münaqişə ocağının yarana builəcəyini deyib. Daha sonra siyahıda Ukraynanın adı gəlir. Robert Farlinin fikrincə, Üçüncü dünya müharibəsinin başlaya biləcəyi dördüncü nötqə NATO-nun cənub cinahı, xüsusilə Türkiyədir. Bu, Ankaranın ABŞ və Avropa Birliyindən uzaqlaşaraq, Rusiya ilə yaxınlaşması səbəbindən baş verə bilər. Ekspertin siyahısı Fars körfəzi ilə yekunlaşır. Farli Səudiyyə Ərəbistanı və İran arasında münaqişəyə diqqət yetirməyi təklif edir...


Müəllif: Nahid