16 Dekabr 2017 21:58
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya ordusu "Boko Haram" döyüşçülərinin nəzarətində olan rayonlarda əməliyyat həyata keçirib.

Teleqraf.com TASS-a istinadən bildirir ki, bu barədə Nigeriya ordusunun rəsmi nümayəndəsi Oniema Nvaçukva məlumat verib.

Onun sözlərinə görə, "Boko Haram"ın 220 döyüşçüsü həbs edilib. Ordu rəsmisi 67 qadın və 173 uşağın azad edildiyini bildirib.


Müəllif: Nahid