17 Dekabr 2017 00:57
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın Yava adasında baş vermiş 7,3 bal gücündə dağıdıcı zəlzələ nəticəsində azı 2 nəfər ölüb.

Təbii hadisə zamanı 40-dan çox ev dağılıb, daha 65 tikiliyə maddi zərər dəyib.

İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Mərkəzinin nümayəndəsi Sutopo Purvo Nuqroxo bildirib ki, ölənlər dağılmış evlərdən birinin altında qalıb. Bunlar 62 və 80 yaşlı Yava adasının sakinləridir.

Qeyd edək ki, zəlzələ dekabrın 16-na keçən gecə saatlarında baş verib. Paytaxt Cakartada da hiss olunan yeraltı təkanlar nəticəsində həmçinin 5 nəfər xəsarət alıb./report/


Müəllif: Teleqraf.com