18 Dekabr 2017 13:00
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 40 yaşını dekabrın 21-də qeyd edəcək prezident Emmanuel Makron ciddi tənqidlərə tuş gəlib.

Teleqraf.com xəbər verir ki, buna səbəb prezidentin erkən doğum günü mərasimi keçirməsi olub. Cəmiyyət “ölkə vergi və qaçqın problemi ilə üzləşdiyi halda prezident niyə təmtəraqlı erkən ad günü keçirir” mövzusunu müzakirəyə çıxarıb.

Qeyd edək ki, Prezident Makron doğum gününü Fransa kralı I Fransis tərəfindən XVI əsrdə tikdirdiyi və 440 otaqdan ibarət olan qəsrdə keçirib. Qeyd edilir ki, bu qəsrin adambaşına gündəlik kirayəsi 1000 avrodan az deyil.

Solçu lider jean-Luk Melançon sual edib ki, fransızlar vergi və qaçqın problemi ilə üzləşdiyi bir zamanda prezident nəyə görə, doğum gününü belə bir qəsrdə və təmtəraqlı keçirməlidir?”

Prezidentin ailəsi adından verilən açıqlamada isə bəyan olunub ki, gecənin xərcləri qonaqların öz hesabına ödənilib.


Müəllif: Cavad