18 Dekabr 2017 15:33
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən bahalı evin sahibinin Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd ibn Salman olduğu açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, evin ümumi dəyəri 300 milyon dollar göstərilib.

Məlumata görə, ev 2015-ci ildə şatışa çıxarılıb. İlk vaxtlar onun şirkətlərdən biri tərəfindən satın alındığı deyilsə də, informasiya yalan çıxıb.

Qeyd edilib ki, şahzadə bu ay Leonardo da Vinçinin rəsm əsərini 450 milyon dollara almışdı.


Müəllif: Samir