18 Dekabr 2017 17:15
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Praqada Avropanın radikal sağ liderlərinin iştirak etdiyi konfransda Hollandiya Azadlıq Partiyasının sədri Qret Vilders Avropaya gələn köçkünlərin qarşısını almaq üçün hasar çəkilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, Praqa konfransını Avropa Parlamentinin Avropa Millətçiləri və Müstəqillik Qrupu, İslama qarşı Azadlıq və Demokratiya Partiyası təşkil edib.

Konfransda əsasən Avropanın sağçı millətçi partiya sədrləri iştirak edib.

Konfransda ABŞ prezidenti Donald Trampın Meksika ilə sərhədə hasar çəkməyə başladığı vurğulanıb və Brüsselə təklif verilib ki, Avropa da miqrant və qaçqınlardan qorunmaq üçün analoji addım atsın.

Hollandiya Azadlıq Partiyasının sədri Qret Vilders bu təklifi dəstəkləyərkən deyib: “30-50 ildən sonra Çexiya əhalisinin 20 faiz müsəlmanlardan ibarət olacaq. Biz hasar inşa edərək qaçqınlar problemini birdəfəlik həll etməliyik”.

Fransanın millətçi lideri Marina Lepen isə çıxışı zamanı Avropa Birliyini məsələyə loyal münasibətinə görə sərt tənqid edib.


Müəllif: Cavad