5 Yanvar 2018 20:12
3 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “The DeathList” nəşri 2018-ci ildə öləcək məşhurların siyahısını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, nəşr bundan öncə Məhəmməd Əli, Karri Fişer və Corc Mişel kimi məşhurların ölüm illərini düzgün müəyyən edib.

Nəşrin builki iddialarında 50 məşhurun adı var. Siyahıya 102 yaşlı aktyor Kirk Duqlas, Böyük Britaniya Kraliçası II Yelizavetin əri şahzadə Filip, amerikalı senator Con Makkeyn, modelyer Pyer Kardin, ABŞ-ın sabiq prezidentləri Cimmi Karter və Corc Buş (Ata Buş), Ata Buşun həyat yoldaşı Barbara Buş, Nigeriyanın sabiq prezidenti Robert Muqabe, Misirin eks-prezidenti Hüsnü Mübarək, aktyor Şon Konnori, fizik Stefan Havkinq kimi tanınmış adlar daxildir.


Müəllif: Samir