4 Avqust 2014 15:23
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Volga Group” beynəlxalq investisiya qrupunun sahibi oliqarx Qennadi Timçenko lazım gələrsə öz aktivlərini dövlətə verə biləcəyini deyib.


Xəbər verilir ki, Timçenko hətta bunu öz həyat yoldaşı ilə də müzakirə edib.

“Özüm haqqında aydın və qəti deyə bilərəm ki, əgər lazım gələrsə sabah hər şeyi dövlətə verməyə hazıram”, - deyə Timçenko bildirib.

Qeyd edək ki, neft-qaz, kömürçıxarma, tikinti, nəqliyyat şirkətlərinin, eləcə də Rusiyanın ən böyük neft daşıyan dəmiryolu operatoru olan “Transoyl” şirkətinin səhmlərinin 80 faizinə Qennadi Timçenko rəhbərlik edir. Bundan başqa “Rusiya” bankının səhmlərinin 8 faizi, Rusiya və Almaniyadakı əksər sığorta şirkətlərinin səhmləri də ona məxsusdur.

Timçenko Rusiya prezidenti Vladimir Putinə ən yaxın adamlardan biri kimi tanınır.

axar.az


Müəllif: