11 Yanvar 2018 15:59
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə Avropa Birliyinin baş diplomatı Federika Moqerini, Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel, İran XİN rəhbəri Məhəmmədcavad Zərif, Böyük Britaniya XİN rəhbəri Boris Conson və Fransa Xarici İşlər naziri Jan-İv Le Drian arasında görüş keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşün yekunları ilə bağlı Moqerini jurnalistlərə açıqlama verib:

“Avropa Birliyi aydın şəkildə mövqeyini bildirir ki, ötən ilin oktyabrında 28 ölkənin nazirləri tərəfindən imzalanmış razılıq tam işləkdir və biz onu dəstəkləyirik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sabah İranla bağlanmış nüvə sazişi ilə bağlı son qərarını açıqlayacaq. Bir çoxları Trampın qərarı ləğv edəcəyini bildirir.


Müəllif: Samir